Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq


Digərləri 04 Dek 2019 09:23:03 100 0

Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

Bu gün&Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakaryanın görüşü keçiriləcək.&

Bu günSlovakiyanın paytaxtı Bratislava şəhərindəAzərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakaryan arasındagörüş olacaq.

"Report" xəbər verir ki, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcəklər.

Qeyd edək ki, dekabrın 3-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyanın Bratislava şəhərinə yola düşüb. Səfərdə məqsəd ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir.