Türkiyədə dəniz reysləri ləğv edildi


Dünya 04 Dek 2019 13:20:00 123 0

Türkiyədə dəniz reysləri ləğv edildi

Mərmərə dənizində, İstanbul akvatoriyasında, eləcə də Bursada dəniz reysləri ləğv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu qərar həmin ərazidə qatı dumanla əlaqədar qəbul edilib.

Qeyd olunur ki, 6 dəniz reysi ləğv edilib. Bu reyslərin digər vaxta keçirilib-keçirilməməsi barədə məlumat verilməyib.