Bakıda ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclası keçirilir


İqtisadiyyat 04 Dek 2019 10:18:28 119 0

Bakıda ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclası keçirilir

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclası keçirilir

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO)üzv ölkələrin Kənd Təsərrüfatı nazirlərinin 6-cı iclası keçirilir.

Bu barədə"Report" xəbər verir.

İclasdaECO-nun Baş Katibinin müavini Sayed Yahya Akhlaqi, ECO-ya üzv ölkələrin Kənd Təsərrüfatı nazirləri - Türkiyənin Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli, Qırğızıstanın Kənd Təsərrüfatı, Qida Sənayesi və Meliorasiya naziri Erkinbek Çoduyev, Özbəkistanın Kənd Təsərrüfatı naziri Jamşid Xocayev, Tacikistanın Kənd Təsərrüfatı naziri Sattori Izzatullo, Qazaxıstanın Kənd Təsərrüfatı nazirinin müavini Nurbek Dairmekov, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin Kənd Təsərrüfatı və Meşə Komissiyasının sədri, eləcə də təşkilatın katibliyinin rəhbər şəxsləri və əməkdaşları, aqrar sahə üzrə ekspertlər iştirak edirlər.