Bu il dünyada 73 mindən çox bank işçisi ixtisara düşüb


İqtisadiyyat 04 Dek 2019 10:18:46 106 0

Bu il dünyada 73 mindən çox bank işçisi ixtisara düşüb

2019-cu ildə mərkəzi bankların tətbiq etdiyi mənfi faiz dərəcələri və yavaşlayan iqtisadi artım tempi kommersiya banklarını xərclərini azaltmağa məcbur edib

2019-cu ildə mərkəzi bankların tətbiq etdiyimənfi faiz dərəcələri və yavaşlayan iqtisadi artım tempi kommersiya banklarını xərclərini azaltmağa məcbur edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, son nəticədə bu ildünyada 73 400 bank işçisi ixtisara düşüb.

İxtisarların 86%-i Avropa banklarını əhatə edib.

Məlumata görə, qlobal maliyyə böhranından sonra ictimai proqramlardan və artan faiz dərəcələrindən tez bir zamanda istifadə edən ABŞ banklarından fərqli olaraq, Avropadakı bankları hələ də möhkəmlənə bilmirlər. Kütləvi ixtisarlarda Almaniya bankları öndə gedir. Təkcə "Deutsche Bank AG" 2022-ci ilə qədər 18 min işçisini ixtisar edəcək.