Deputat Yevda Abramovun qızı atasının durumu ilə bağlı açıqlama verib


Digərləri 04 Dek 2019 10:40:08 110 0

Deputat Yevda Abramovun qızı atasının durumu ilə bağlı açıqlama verib

“Atam hal-hazırda reanimasiyadadır. Səhhətində yaxşılığa doğru biraz irəliləyiş var”.

“Atam hazırda reanimasiyadadır. Səhhətində yaxşılığa doğru cüzi irəliləyiş var”.

Bunu “Report”a açıqlamasında səhhətində problemlər yarananMilli Məclisin deputatı Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

“Həkimlərin sözlərinə görə,ola bilər hər şey yaxşı olsun və yenidən palataya köçürülsün”, - deputatın qızı bildirib.

Qeyd edək ki, yəhudi əsilliY.Abramov 1948-ci ildə Qubanın Qırmızı Qəsəbəsindəanadan olub.O, Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. Y.Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavinidir.

Bir neçə ildir səhhətində problemlər olan deputatınmüalicəsi hazırda Mərkəzi Klinik Xəstəxanada davam etdirilir.