Yanvardan turizm sahəsində vergi güzəştləri tətbiq oluna bilər


Digərləri 04 Dek 2019 12:12:00 127 0

Yanvardan turizm sahəsində vergi güzəştləri tətbiq oluna bilər

Turizm xidməti göstərən şəxslər və bu sahə üzrə yeni fəaliyyətə başlayan şəxslər üçün vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib.

F.Zenqstşmitin fikrincə, vergi güzəştlərinin tətbiqi ölkədə turizm biznesinin inkişafına böyük töhfə verəcək.

O hesab edir ki, "Turizm haqqında" qanun layihəsinin qəbulu nəticəsində gələn il ərzində çoxlu müsbət dəyişikliklər baş verəcək.

F.Zenqstşmitin sözlərinə görə, Azərbaycan turizmi dünyada ötən ilə nisbətən daha yaxşı tanınır. İnternet texnologiyalarının tətbiqi və mətbuatda aparılan təşviqat bu işə töhfə verib.