Tural Yusifov ona təklif olunan vəzifədən imtina edib


Digərləri 04 Dek 2019 13:02:00 131 0

Tural Yusifov ona təklif olunan vəzifədən imtina edib

Bəli, bir neçə dövlət orqanından mətbuat xidmətində işləmək və çalışmaq təklif olunub.

Son.az baku.ws-ə istinadən bildirir ki, bu sözləri İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olan "AvtoStop" verilişinin aparıcısı Tural Yusifov bildirib.

Onun sözlərinə görə, təkliflərin heç birinə müsbət cavab verməyib:

"Bəli, bir neçə dövlət orqanından mətbuat xidmətində işləmək və çalışmaq kimi təklif olunub. Sadəcə, mən kabinet adamı deyiləm. Ümumiyyətlə, mən jurnalist və aparıcı fəaliyyətimin pik nöqtəsi kimi hansısa qurumun mətbuat xidmətinin rəhbəri görmürəm. Mənim Bəxtiyar adlı bir stomotoloq həkimim var. Onun belə bir sözü var ki, "Mən ömrümün axırına qədər stomotoloq işləyəcəm deyə öz reputasiyamı qorumaq istəyirəm".