AQTA sədri: "BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb"


Sosial 04 Dek 2019 12:41:56 137 0

AQTA sədri: "BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb"

Bakı Dövlət Universitetin yataqxanasında tələbinin ölümü qida zəhərlənməsindən olmayıb.

© Report — AQTA sədri Qoşqar Təhməzli

"Bakı Dövlət Universitetin (BDU) yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb".

"Report" xəbər verir ki, bunuAzərbaycan Qida Təhlükəsizliyi Agentiyinin sədri Qoşqar Təhməzli BDU-nun yataqxanasındazəhərlənmə hadisəsi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, BDU-nun yataqxanasında 3 tələbənin zəhərlənməsihadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır: "Sonda Qida Təhlükəsizliyi Agentliyi ümumi açiqlama verəcək. KİV-də bu barədə bir sıra yalnış informasiyalar yayılıb. Bu hadisəni qida zəhərlənməsi halı olaraq qələmə verməyə çalışdılar. Ölümə səbəb qida mənşəli zəhərlənmə deyil, toksik zəhərlənmədir".