Azərbaycanda hotellərlə bağlı YENİ TƏLƏBLƏR olacaq


Digərləri 04 Dek 2019 12:38:00 126 0

Azərbaycanda hotellərlə bağlı YENİ TƏLƏBLƏR olacaq

Azərbaycanda ilk dəfə olaraq, hotellər üçün minimal nömrə tələbi qoyulacaq.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda ilk dəfə olaraq, hotellər üçün minimal nömrə tələbi qoyulacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Dövlət Turizm Agentliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Qiyafət Xeyirxəbərli deyib. Onun sözlərinə görə, bu məsələ yeni hazırlanan "Turizm haqqında" yeni qanun layihəsində öz əksini tapıb. DTA rəsmisinin sözlərinə görə, mehmanxana açmaq istəyən hər bir sahibkar bilməlidir ki, burada ən azı, 11 yer olmalıdır. Əks halda , həmin obyekt yerləşdirmə vasitəsi kimi qəbul edilməyəcək. Qanun layihəsindəki digər yenilik qonaqların qeydiyyatı ilə bağlıdır.