Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb


Digərləri 04 Dek 2019 12:44:00 111 0

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Dekabrın 3-dən 4-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Bakı. Samir Əli - Dekabrın 3-dən 4-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 32 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 38 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.