Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi İƏT-lə əməkdaşlığı müzakirə edib


Digərləri 04 Dek 2019 12:49:00 116 0

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi İƏT-lə əməkdaşlığı müzakirə edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvandarlıq məhsullarının idxalı və ixracı potensialının artırılması baxımından İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır

Bakı. Nərgiz İsmayılova - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) heyvandarlıq məhsullarının idxalı və ixracı potensialının artırılması baxımından İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələri ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Trend-in məlumatına görə, bunu AQTA-nın rəhbəri Qoşqar Təhməzli İƏT kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasında deyib. O bildirib ki, İƏT ölkələrinin bu sahədə böyük potensialı var: “Ölkələrimiz ərzaq təhlükəsizliyinə nəzarət, heyvan xəstəlikləri, bu istiqamətdə beynəlxalq standartların öyrənilməsi, eləcə laboratoriyaların qarşılıqlı tanınması sahələrində əməkdaşlığı genişləndirə bilər”.