Tacikistanda parlament seçkiləri 2020-ci ilin martında keçiriləcək


Dünya 04 Dek 2019 11:33:06 126 0

Tacikistanda parlament seçkiləri 2020-ci ilin martında keçiriləcək

Aşağı palataya seçkilər 2020-ci il martın 1-də, yuxarı palataya isə martın 27-də keçiriləcək

Tacikistanda parlament seçkilərinin tarixi məlum olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, seçkilərin keçirilməsi ilə bağlı müvafiq sərəncamı ölkə Prezident Emoməli Rəhmon imzalayıb.

Məlumata görə, parlamentin aşağı palatasına seçkilər 2020-ci il martın 1-də, yuxarı palatasına isə martın 27-də keçiriləcək.

Qeyd edək ki, parlamentin aşağı palatası 63 deputatdan ibarətdir, onlardan 22-si partiya siyahısı, 41-i isə birmandatlılıq üzrə seçilir. Ölkədəki 7 siyasi partiyanın hamısı qurultaylarını seçkinin başlamasına 75 gün qalana qədər keçirməlidir.