Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO


İqtisadiyyat 04 Dek 2019 11:38:50 56 0

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO

Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq uçuşların həyata keçirilməsi və Naxçıvan Muxtar Respublikası ilə hava əlaqələrinin genişlənməsinə böyük töhfə verəcək

İki qardaş dövlət – Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu ilin avqust ayında Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı olub.

Naxçıvan Muxtar Respublikasının geosiyasi mövqeyini nəzərə alsaq, “Dostluq dəhlizi” önəmli strateji əhəmiyyətə malikdir. Dəhlizin sayəsində iki ölkə arasında digər qonşu dövlətlərin ərazilərini yan keçərək birbaşa hava əlaqəsi yaradılıb.

Birbaşa hava dəhlizi Araz çayı boyunca uzanan iki ölkə arasındakı 15 kilometrlik sərhəddən keçir. Qeyd edək ki, 28 May 1992-ci il tarixində ümummilli liderHeydər Əliyevin iştirakı ilə burada avtomobil körpüsü və Sədərək-Dilucu sərhəd-keçid məntəqəsi açılıb.

Digər ölkələrin ərazisini yan keçərək Naxçıvan və Türkiyə arasında əlaqə yaradılmasına imkan yaradacaq dəhlizinin açılması ilə bağlı intensiv işlərə 2018-ci ildə başlanılıb.

Layihə “Azəraeronaviqasiya” (AZANS), Türkiyənin Dövlət Hava Limanları Təşkilatı (DHMİ) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) əlaqələndirilmiş işi sayəsində qısa müddətdə həyata keçirilib.

Dövlətlərarası bütün zəruri razılaşmalar əldə edilib və imzalanıb. Layihənin unikallığı ondan ibarətdir ki, yeni dəhliz qonşu ölkələrin ərazilərinə çox yaxın məsafədən keçir. Bu məqsəd ilə AZANS yeni hava dəhlizinə İCAO-nun xüsusi tələblərini tətbiq edib.

Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq uçuşların həyata keçirilməsi və Naxçıvan Muxtar Respublikası ilə hava əlaqələrinin genişlənməsinə böyük töhfə verəcək.

AZANS – “Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olub, Azərbaycanın hava məkanına görə məsuliyyət daşıyır və regionun ən böyük hava hərəkəti idarəsidir. Ümumi məsuliyyət sahəsi 165,4 min kvadrat kilometrdir, bunun da 86,6 mini ölkənin quru ərazisi, 78,8 min kmilometri isə Xəzər dənizi üzərindəki hava məkanıdır.

Azərbaycanın hava məkanından 20 beynəlxalq hava dəhlizi keçir, marşrut şəbəkəsinin uzunluğu isə 11 min kilometrə yaxındır.

“Azərbaycan Hava Yolları” yeni “Dostluq dəhlizi”nə həsr olunmuş video hazırlayıb.

Azərbaycandan heyvan mənşəli qidaların Avropa İttifaqına ixracı asanlaşacaq like
  • 04 Dek 11:38  
İqtisadiyyat Azərbaycandan heyvan mənşəli qidaların Avropa İttifaqına ixracı asanlaşacaq

​Azərbaycandan heyvan mənşəli qidaların Avropa İttifaqına ixracı asanl

arrow Ətraflı
Qatarla avtomobilin toqquşması zamanı ölənlərin KİMLİYİ məlum oldu like
  • 04 Dek 11:38  
Digərləri Qatarla avtomobilin toqquşması zamanı ölənlərin KİMLİYİ məlum oldu

Saatlıda qatarın avtomobillə toqquşması nəticəsində ölənlərin adları

arrow Ətraflı
Azərbaycana gələn iranlı turistlərin sayı yenidən artmağa başlayıb like
  • 04 Dek 11:35  
Digərləri Azərbaycana gələn iranlı turistlərin sayı yenidən artmağa başlayıb

Azərbaycanda yenidən İran turizm bazarı üzrə artım müşahidə olunur.

arrow Ətraflı
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb (VİDEO) like
  • 04 Dek 11:35  
Digərləri Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb (VİDEO)

Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi”

arrow Ətraflı
Tacikistanda parlament seçkiləri 2020-ci ilin martında keçiriləcək like
  • 04 Dek 11:33  
Dünya Tacikistanda parlament seçkiləri 2020-ci ilin martında keçiriləcək

Aşağı palataya seçkilər 2020-ci il martın 1-də, yuxarı palataya isə mar

arrow Ətraflı
“Baklift-2”nin sabiq rəisinin məhkəməsi başlayıb like
  • 04 Dek 11:32  
Sosial “Baklift-2”nin sabiq rəisinin məhkəməsi başlayıb

​Bakı Ağır Cinayətlər Məhkəməsində “Baklift-2” İxtisaslaşdırı

arrow Ətraflı
Saatlıda “Qazel” at arabasını vurub, xəsarət alan var like
  • 04 Dek 11:32  
Sosial Saatlıda “Qazel” at arabasını vurub, xəsarət alan var

Saatlıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat ha

arrow Ətraflı
NEQSOL Holding J.P. Morgan Securities Plc və Raiffeisen Bank İnternational A.G. tərəfindən maliyyələşməni və Vodafone Ukraynanın alışını elan edir like
  • 04 Dek 11:30  
Digərləri

NEQSOL Holding Vodafone Ukrayna şirkətinin alışının yekunlaşmasını elan

arrow Ətraflı
Lənkəranda itkin düşmüş 66 yaşlı qadın tapılıb like
  • 04 Dek 11:28  
Sosial Lənkəranda itkin düşmüş 66 yaşlı qadın tapılıb

Lənkəranda itkin düşmüş 66 yaşlı qadın tapılıb.

arrow Ətraflı
Hava ilə bağlı yol polisindən sürücü və piyadalara XƏBƏRDARLIQ like
  • 04 Dek 11:25  
Digərləri Hava ilə bağlı yol polisindən sürücü və piyadalara XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu g

arrow Ətraflı
Yol polisi hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib like
  • 04 Dek 11:24  
Sosial Yol polisi hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı vətəndaşlara&m

arrow Ətraflı
DİN: Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb like
  • 04 Dek 11:19  
Sosial DİN: Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və h

arrow Ətraflı
Londonda anbar yanır - FOTO - VİDEO like
  • 04 Dek 11:15  
Dünya Londonda anbar yanır - FOTO - VİDEO

Böyük Britaniyanın paytaxtı Londonun qərbindəki Brentford bölgəsində ye

arrow Ətraflı