Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 41% azalıb


İqtisadiyyat 04 Dek 2019 11:41:25 120 0

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 41% azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 127,6 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-oktyabr ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 127,6 milyon manat ipoteka krediti verilib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,5% azdır.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 3,2% artaraq 207,7 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 25,7% azalaraq 130 milyon manata düşüb.

Hesabat dövründə İKZF-yə dövlətbüdcəsindənayrılmış vəsaitisə 20% azalaraq 80 milyon manat olub.