KİV: Koreya Respublikası Prokurorluğu Prezident Administrasiyasında axtarışlara başlayıb


Dünya 04 Dek 2019 12:31:25 141 0

KİV: Koreya Respublikası Prokurorluğu Prezident Administrasiyasında axtarışlara başlayıb

Yu Çje Su 2017-ci ildə dövlət maliyyə xidmətləri komissiyasının rəhbəri vəzifəsindən sui-istifadə edərək müxtəlif müəssisələrdən külli miqdarda rüşvət almış ola bilər

Koreya Respublikası Prokurorluğu Pusan şəhərinin keçmiş vitse-meri Yu Çje Sunun rüşvət alması iddiası ilə bağlı dəlillərin mümkün gizlədilməsi ehtimalı ilə ilə əlaqədar Mavi Evdə (prezident administrasiyasında) axtarışlara başlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, Yu Çje Su 2017-ci ildə dövlət maliyyə xidmətləri komissiyasının rəhbəri vəzifəsindən sui-istifadə edərək müxtəlif müəssisələrdən külli miqdarda rüşvət almış ola bilər. "Yonhap" qeyd edir ki, başadılan istintaq tədbirlərinin məqsədi Mavi Evin əməkdaşları tərəfindən Yu Çje Su işi ilə əlaqədar bilərəkdən gizlədə biləcək dəlillər əldə etməkdir.

Bundan əlavə, agentliyin məlumatına görə, prokurorluq administrasiyanın bir sıra yüksək vəzifəli rəhbər şəxslərinin istintaqın gedişinə müdaxilə edib-etmədiyini araşdırır.