“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində sorğu keçirilib


İqtisadiyyat 04 Dek 2019 12:34:27 142 0

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində sorğu keçirilib

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində sorğu keçirilib

Vətəndaş məmnunluğunu öyrənmək məqsədi ilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində sorğu keçirilib.

Bu barədə "Report" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, “Nəqliyyat Agentləri” könüllülərinin iştirakı ilə keçirilən sorğuda rəyi öyrənilən 50 nəfər sərnişinin tam əksəriyyəti mərkəzdə yaradılan şəraitdən razı qaldıqlarını bildirib.

Sərnişinlər “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yenidən qurulmasının dövlətin son illər şəhər nəqliyyatının inkişafına ayırdığı xüsusi diqqətin təzahürü kimi dəyərləndiriblər.

Rəyi öyrənilən respondentlərin bir qisminin fikirləri ilə bu linkdən tanış olmaq olar.