Gələn il Azərbaycanda turizm sahəsində vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur


Digərləri 04 Dek 2019 10:52:30 98 0

Gələn il Azərbaycanda turizm sahəsində vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur

Turizm xidməti göstərən şəxslər və bu sahə üzrə yeni fəaliyyətə başlayan şəxslər üçün vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub.

Bakı. İlhamə İsabalayeva - Turizm xidməti göstərən şəxslər və bu sahə üzrə yeni fəaliyyətə başlayan şəxslər üçün vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub. Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib. F.Zenqstşmitin fikrincə, vergi güzəştlərinin tətbiqi ölkədə turizm biznesinin inkişafına böyük töhfə verəcək. O hesab edir ki, "Turizm haqqında" qanun layihəsinin qəbulu nəticəsində gələn il ərzində çoxlu müsbət dəyişikliklər baş verəcək. F.Zenqstşmitin sözlərinə görə, Azərbaycan turizmi dünyada ötən ilə nisbətən daha yaxşı tanınır. İnternet texnologiyalarının tətbiqi və mətbuatda aparılan təşviqat bu işə töhfə verib.