Ruhani: “İran Xəzərdə Azərbaycanla kəşfiyyat və hasilatla bağlı birgə layihələrin həyata keçirilməsində maraqlıdır”


İqtisadiyyat 04 Dek 2019 11:55:25 64 0

Ruhani: “İran Xəzərdə Azərbaycanla kəşfiyyat və hasilatla bağlı birgə layihələrin həyata keçirilməsində maraqlıdır”

​Ruhani: “İran Azərbaycanla Xəzərdə neft kəşfiyyatı və hasilatı ilə bağlı birgə layihələrin həyata keçirilməsində maraqlıdır”

"İran İslam Respublikası Azərbaycanla Xəzər dənizində neft kəşfiyyatı və hasilatı ilə bağlı birgə layihələrin həyata keçirilməsində maraqlıdır. Biz ümid edirik ki, bu məsələlər iki ölkənin müştərək komissiyalarının iclasında yaxından müzakirə olunacaq".

“Report”un İranın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Tehranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə İran Prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, İran və Azərbaycan ümumi mədəni və tarixi köklərə malikdirlər: “Bu, Tehran və Bakı arasında münasibətlərin daha da yaxşı inkişaf etdirilməsinə inkan verir. İran və Azərbaycan münasibətlərin inkişafında inamla çox yaxşı addımlar atıblar”.

İki ölkə arasındakı əməkdaşlıqdan və razılaşmaların həyata keçirilməsindən məmnunluğunu ifadə edən İran Prezidenti ümidlə bildirib ki, Bakıda imzalanan son müqavilələr ən qısa zamanda həyata keçiriləcək: “Birgə layihələrin həyata keçirilməsindəki əməkdaşlıq, xüsusən Xudafərin körpüsü və Elektrik Stansiyası iki ölkə arasındakı əlaqələrin dərinləşməsi prosesini dəyişdirə bilər. Sərhəd bölgələrində elektrik stansiyalarının qurulması çox vacibdir. Ümid edirik ki, razılaşdırılmış Rəşt-Astara Dəmir Yolu ortaq layihəsi tezliklə həyata keçirilər”.

Ruhani iki ölkə arasında elmi və texnoloji əlaqələrin inkişafına toxunaraq bildirib ki, Tehran Bakı ilə bütün texnoloji sahələrdə əməkdaşlığa hazırdır: “Ümid edirik ki, ortaq sənaye şirkətlərinin yaradılması əlaqələri daha da dərinləşdirə bilər. Turizm və ətraf mühitin vacibliyinə gəlincə, o bildirib ki, iki ölkə arasında xüsusən də Xəzər dənizində səmərəli əməkdaşlığı var”.

Ş. Mustafayev isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikası ilə münasibətləri möhkəmləndirməyə çox böyük əhəmiyyət verir: “İranla qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi yollarını ciddi şəkildə davam etdiririk. Biz Tehran və Bakı arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əlaqələrin və əməkdaşlığın inkişaf etdiyinin şahidiyik".

O qeyd edib ki, 2014-cü ildən bəri iki ölkə arasında ticarətin həcmi üç dəfə artıb. Bir il əvvəlki dövrə nisbətən Azərbaycanda işləyən İran şirkətlərinin sayı 50 faiz artıb.

"Müxalifətin indiki şərtlər altında seçicilərə ünvanlanmış boykot çağırışı yersizdir" like
  • 04 Dek 11:54  
Siyasət "Müxalifətin indiki şərtlər altında seçicilərə ünvanlanmış boykot çağırışı yersizdir"

Bir halda ki, seçkidə seçici kimi iştirak etmək, bəzi ölkələrdə olduğ

arrow Ətraflı
Azərbaycan İƏT-də innovativ layihə işə salır like
  • 04 Dek 11:54  
Digərləri Azərbaycan İƏT-də innovativ layihə işə salır

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinin Re

arrow Ətraflı
Gürcüstanda itkin düşən iki balıqçının meyiti tapılıb - YENİLƏNİB like
  • 04 Dek 11:52  
Sosial Gürcüstanda itkin düşən iki balıqçının meyiti tapılıb - YENİLƏNİB

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən Candargöldə itkin düşən

arrow Ətraflı
Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb like
  • 04 Dek 11:49  
Digərləri Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Azərbaycan Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünva

arrow Ətraflı
Yahya Əxlaqi:  "ECO ölkələri kənd təsərrüfatının inkişafına investisiyaları artırmalıdır" like
  • 04 Dek 11:48  
İqtisadiyyat Yahya Əxlaqi: "ECO ölkələri kənd təsərrüfatının inkişafına investisiyaları artırmalıdır"

​"ECO ölkələri öz potensialından tam istifadə etsəydi, dünya bazarınd

arrow Ətraflı
Qatarla avtomobilin toqquşması zamanı ölənlərin like
  • 04 Dek 11:48  
Digərləri Qatarla avtomobilin toqquşması zamanı ölənlərin

Saatlı rayonunda qatarın avtomobillə toqquşması nəticəsində ölənlərin

arrow Ətraflı
11ci sinif şagirdi olan qız itkin düşdü like
  • 04 Dek 11:46  
Digərləri 11ci sinif şagirdi olan qız itkin düşdü

Gəncədə məktəbli qız itkin düşüb.

arrow Ətraflı
Bakıda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilir like
  • 04 Dek 11:45  
İqtisadiyyat Bakıda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilir

​Bakıda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilir

arrow Ətraflı
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel2019" sərgisi ilə tanış olublar like
  • 04 Dek 11:45  
Siyasət Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Bakutel2019" sərgisi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri

arrow Ətraflı
Prezident İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub like
  • 04 Dek 11:43  
Siyasət Prezident İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri

arrow Ətraflı
Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 41% azalıb like
  • 04 Dek 11:41  
İqtisadiyyat Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 41% azalıb

Bu ilin yanvar-oktyabr ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun

arrow Ətraflı
Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub  VİDEO  FOTO like
  • 04 Dek 11:40  
Digərləri Müdafiə naziri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub VİDEO FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand

arrow Ətraflı
Təhsil Nazirliyi: İlkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq like
  • 04 Dek 11:39  
Sosial Təhsil Nazirliyi: İlkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sistemi

arrow Ətraflı