Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin siyahısı MSK-nın internet saytına yerləşdirilib


Siyasət 04 Dek 2019 11:56:38 205 0

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin siyahısı MSK-nın internet saytına yerləşdirilib

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində qeydə alınan namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında yerləşdirilib

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində qeydə alınan namizədlərin siyahısıMərkəzi Seçki Komissiyasının (MSK) internet saytında yerləşdirilib.

“Report” xəbər verir ki, dərc olunan siyahıda 118 seçki dairəsi üzrə 1606 bələdiyyəyə qeydə alınan 41 800-dək namizədin adı var.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.