NEQSOL Holding J.P. Morgan Securities Plc və Raiffeisen Bank İnternational A.G. tərəfindən maliyyələşməni və Vodafone Ukraynanın alışını elan edir


Digərləri 04 Dek 2019 11:30:00 292 0

NEQSOL Holding J.P. Morgan Securities Plc və Raiffeisen Bank İnternational A.G. tərəfindən maliyyələşməni və Vodafone Ukraynanın alışını elan edir

NEQSOL Holding Vodafone Ukrayna şirkətinin alışının yekunlaşmasını elan edir.

Bakı. NEQSOL Holding Vodafone Ukrayna şirkətinin alışının yekunlaşmasını elan edir. Şirkətin alışının maliyyələşdirilməsi J.P. Morgan Securities Plc və Raiffeisen Bank International A.G.-nin rəhbərliyi ilə beynəlxalq fond və maliyyə qurumları qrupu tərəfindən təmin edilib. Daha əvvəl NEQSOL Holding şirkətlər qrupu MTS ilə onun Ukraynada telekommunikasiya biznesinin 734 mln ABŞ dolları, o cümlədən 84 mln ABŞ dolları nəticə üzrə ödəmə müqabilində alınması barədə müqavilə imzalamışdır. J.P. Morgan Securities Plc şirkəti NEQSOL Holding şirkəti üçün maliyyə məsləhətçisi qismində çıxış edib. J.P. Morgan Securities Plc və Raiffeisen Bank International A.G. müvafiq maliyyə vəsaitini təşkil edib. Maliyyələşmə prosesi beynəlxalq banklardan və institusional investorlardan ibarət qrupun iştirakı ilə təmin edilib. NEQSOL Holding-in investisiya komandası DLA Piper, PwC, Deloitte və Detecon şirkətlərinin iştirakı ilə ümumi M&A prosesinə rəhbərlik edib. “Biz Ukraynanın ən uğurlu şirkətlərindən birini əldə etməklə beynəlxalq genişlənmə strategiyamızı həyata keçiririk. Bu razılaşmanın ərsəyə gəlməsində əməyi olan bütün tərəflərə təşəkkür edirəm. Strateji investor olaraq bizim uzunmüddətli hədəflərimiz var və şirkətin gələcək inkişafı üçün öz töhfəmizi verəcəyik" - NEQSOL Holding şirkətlər qrupunun təsisçisi və sahibi Nəsib Həsənov bildirib. “NEQSOL Holding müxtəlif ölkələrdə və sahələrdə beynəlxalq təcrübəyə və uğurlara malikdir, ən yüksək beynəlxalq maliyyə və komplayens standartlarına uyğun fəaliyyət göstərir. Bunun sayəsində biz nüfuzlu beynəlxalq maliyyə qurumlarından böyük maliyyə vəsaiti cəlb edə bildik. Ukraynanın ikinci böyük telekommunikasiya şirkəti Vodafone Ukraynanın alışını uğurla tamamladıq. Bu, bizim beynəlxalq genişlənmə və yeni bazarlara çıxış strategiyamızda növbəti mühüm mərhələdir. J.P. Morgan, Raiffeisen Bank International, DLA Piper, Linklaters, Deloitte, PwC və Detecon kimi maliyyə vəsaitinin təşkilatçıları və məsləhətçiləri ilə sıx əməkdaşlıq sayəsində layihə rekord qısa müddətdə həyata keçirilib. Strategiyamıza əsaslanaraq, telekommunikasiya sahəsində qabaqcıl texnologiyalara və innovasiyalara davamlı investisiya yatırırıq" - NEQSOL Holding-in Baş İcraçı Direktoru Yusif Cabbarov deyib. "Biz regional telekom sektoruna əhəmiyyətli xarici sərmayə gətirən, Ukraynada möhtəşəm satınalmada iştirak etməkdən məmnunuq" - J.P. Morgan Securities plc-də CEEMEA Kredit Maliyyələşməsi üzrə rəhbəri Puja Turner bildirib.