Azərbaycana gələn iranlı turistlərin sayı yenidən artmağa başlayıb


Digərləri 04 Dek 2019 11:35:00 112 0

Azərbaycana gələn iranlı turistlərin sayı yenidən artmağa başlayıb

Azərbaycanda yenidən İran turizm bazarı üzrə artım müşahidə olunur.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda yenidən İran turizm bazarı üzrə artım müşahidə olunur. Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib. F.Zenqstşmitin fikrincə, İrandan Azərbaycana gələn turistlərin sayı yenidən artmağa başlayıb. O əlavə edib ki, Səudiyyə Ərəbistanı və Rusiyadan Azərbaycana səfər edən turistlərin sayında artım var.