Azərbaycanda üz tanıma və elektron imza texnologiyalarını birləşdirən yeni mobil həl tətbiq olunacaq


İqtisadiyyat 04 Dek 2019 12:13:11 63 0

Azərbaycanda üz tanıma və elektron imza texnologiyalarını birləşdirən yeni mobil həl tətbiq olunacaq

SmartCell həllinin tətbiqinə dair Azercell mobil operatoru ilə Məlumat Hesablama Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi hər il olduğu kimi bu dəfə də "Bakutel-2019" Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında öz məhsullarını təqdim edir.

"Report" quruma isatinadən xəbər verir ki, sərgi çərçivəsində nümayiş olunan SmartCell həllinin tətbiqinə dair Azercell mobil operatoru ilə Məlumat Hesablama Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma əsasən, elektron imzadan istifadə etməklə mobil operatorla müştəri arasında bağlanılan elektron abunə müqaviləsinin tətbiqi, abunəçilərin üz təsviri üzrə eyniləşdirilməsi sahəsində əməkdaşlıq olunacaq.

Memorandumu Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov və "Azercell" şirkətinin prezidenti Vahid Mürsəliyev imzalayıb.

Məlumata görə, "SmartCell" üz tanıma və elektron imza texnologiyalarını birləşdirən yeni mobil həldir. Eyni zamanda üz tanıma texnologiyası (Face ID) ilə mobil nömrələrin satışını həyata keçirən rəqəmsal nömrə satışı sistemidir.

Sistem, müştərinin iştirakı ilə real vaxt rejimində əldə edilmiş şəklin şəxsiyyət vəsiqəsindəki şəkil ilə eyniləşdirilməsinə, həmçinin abunə müqaviləsinin elektron imza ilə imzalanmasına imkan verir.

"SmartCell" nömrə satış sistemi həm operatorlar, həm də müştərilər üçün- Vaxta qənaət; Elektron müqavilə; Elektron imza ilə əməliyyatın aparılması; Satıcının və müştərinin şəkli (face ID) və elektron imza ilə identifikasiyası; Yalnız səlahiyyətli şəxslər tərəfindən satışın təmini əsas üstünlükləridir.

Nazirliyinin Milli Sertifikat Xidmətləri mərkəzi tərəfindən nömrə satışı zamanı elektron imza sertifikatının təqdim edilməsi prosesi çox sadədir.

Mobil tətbiqin köməyi ilə şəxsiyyət vəsiqəsi ilə üz tanınma prosesi həyata keçirilir.

Həmin şəxsi məlumatlar əsasında e-imza yaratma və yoxlama məlumatları yaranır. Şəxsə aid imza yaratma məlumatları müvafiq proqramın içərisində təhlükəsiz şəkildə saxlanılır. Bu məlumatlar əsasında şəxsə aid sertifikat sorğusu hazırlanır.

Sertifikat Xidmətləri Mərkəzinin müvafiq infrastrukturuna sertifikatın alınması üçün sorğu göndərilir. Mərkəz tərəfindən verilən sertifikat proqram tərəfindən qəbul olunaraq sənədləri imzalamaq üçün tam istifadəyə hazır vəziyyətə gətirilir. Bütün bu proses qısa vaxt ərzində baş verir.

Xatırladaq ki, üz tanıma və elektron imza texnologiyalarını birləşdirən SmartCell texnologiyası gələcəkdə bank və maliyyə sahələrində də tətbiq edilə biləcək. Bu texnologiyanın tətbiqi zamanı prosesin videoçəkilişini də təmin etmək mümkündür.

Yanvardan turizm sahəsində vergi güzəştləri tətbiq oluna bilər like
  • 04 Dek 12:12  
Digərləri Yanvardan turizm sahəsində vergi güzəştləri tətbiq oluna bilər

Turizm xidməti göstərən şəxslər və bu sahə üzrə yeni fəaliyyətə ba

arrow Ətraflı
Yeniyetmə mağazadan pul oğurlayıb like
  • 04 Dek 12:11  
Sosial Yeniyetmə mağazadan pul oğurlayıb

Bakıda mağazadan pul oğurlanıb.

arrow Ətraflı
Həsən Ruhani: “ABŞ rəsmiləri danışıqlar üçün ismarıc göndərib” like
  • 04 Dek 12:10  
Dünya Həsən Ruhani: “ABŞ rəsmiləri danışıqlar üçün ismarıc göndərib”

“ABŞ rəsmiləri danışıqlar üçün ismarıc göndərib”.

arrow Ətraflı
Azərbaycan-İran sərhədində silahlı insident olub (FOTO) like
  • 04 Dek 12:06  
Digərləri Azərbaycan-İran sərhədində silahlı insident olub (FOTO)

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələr

arrow Ətraflı
Türkiyədə dəniz reysləri ləğv edildi - SƏBƏB? like
  • 04 Dek 11:59  
Digərləri Türkiyədə dəniz reysləri ləğv edildi - SƏBƏB?

Mərmərə dənizində, İstanbul akvatoriyasında, eləcə də Bursada dəniz r

arrow Ətraflı
Azərbaycan-İran sərhədində silahlı insident baş verib like
  • 04 Dek 11:58  
Sosial Azərbaycan-İran sərhədində silahlı insident baş verib

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələr

arrow Ətraflı
"Müxalifətin indiki şərtlər altında seçicilərə ünvanlanmış boykot çağırışı yersizdir" like
  • 04 Dek 11:54  
Siyasət "Müxalifətin indiki şərtlər altında seçicilərə ünvanlanmış boykot çağırışı yersizdir"

Bir halda ki, seçkidə seçici kimi iştirak etmək, bəzi ölkələrdə olduğ

arrow Ətraflı
Azərbaycan İƏT-də innovativ layihə işə salır like
  • 04 Dek 11:54  
Digərləri Azərbaycan İƏT-də innovativ layihə işə salır

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinin Re

arrow Ətraflı