Bakıdakı şagirdlərin 3 elm sahəsi üzrə qazandığı biliklər qiymətləndirilib


Sosial 04 Dek 2019 12:14:39 63 0

Bakıdakı şagirdlərin 3 elm sahəsi üzrə qazandığı biliklər qiymətləndirilib

Təhsil Nazirliyində PİSA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri açıqlanıb.

Təhsil Nazirliyində PİSA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının 2018-ci il üzrə nəticələri açıqlanıb.

"Report" xəbər verir ki, nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev mətbuat konfransındaPİSA Proqramı haqqında ümumi məlumat verib.

O qeyd edib ki, 3 ildən bir keçirilən PİSA 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını ölçür.

Şöbə müdiri əlavə edib ki, Azərbaycanı 2018-ci ildə PİSA tədqiqatında Bakı şəhərində yerləşən 197 ümumtəhsil məktəbindən 15 yaşlı 6827şagirdtəmsil edib: "Şagirdlərimizin riyaziyyat üzrə orta göstəricisi 420 bal, oxu üzrə 389 bal, təbiət elmləri üzrə isə 398 bal təşkil edib. Oxuda qızlar oğlanlara nisbətdə daha yaxşı nəticə göstərirlər. Riyaziyyat sahəsi üzrə isə əksinə. Adətən ən yüksək nəticələri Şərqi Asiya ölkələri və inkişaf etmiş ölkələr əldə edir. PİSA tədqiqatlarının təhlili göstərir ki, təhsilin inkişafında nəticələrimiz əvvəlki illərə baxanda daha yaxşıdır. Bugünkü 15 yaşlı şagirdlər təxminən 10 il əvvəl məktəbə getmiş uşaqlardır. Yəni bu gün təhsillə bağlı görülən işlərin təsirini hələ PİSA təhlillərində görmürük, bu nəticələr gələcək illərdə özünü büruzə verəcək".

E. Əmrullayev məktəblərdə müəllimlərin şagirdlərə qarşı emosional münasibətinin də yüksək nəticələr əldə edilməsinə təsir etdiyini deyib: "Bakı məktəblərinin göstəriciləri bir-birindən xüsusilə fərqlənmir. Digər ölkələrdə nəzər yetirdikdə görürük ki, daha çox hər hansı bir şəhərdə bir-iki məktəb fərqlənir. Bizdə bu cür fərqlilik müəyyən edilməyib, daha çox sinif daxili fərqliliklər nəzərə çarpır".

O vurğulayıb ki, nəticələrlə bağlı gələn il milli hesabat hazırlanacaq: "Növbəti qiymətləndirmə 2021-ci ildə keçiriləcək və nazirlik artıq hazırlıq prosesinə başlayıb".

Bakıda yeniyetməyə tütün məmulatları satan mağaza satıcıları cərimələniblər like
  • 04 Dek 12:13  
Sosial Bakıda yeniyetməyə tütün məmulatları satan mağaza satıcıları cərimələniblər

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkil

arrow Ətraflı
Yanvardan turizm sahəsində vergi güzəştləri tətbiq oluna bilər like
  • 04 Dek 12:12  
Digərləri Yanvardan turizm sahəsində vergi güzəştləri tətbiq oluna bilər

Turizm xidməti göstərən şəxslər və bu sahə üzrə yeni fəaliyyətə ba

arrow Ətraflı
Yeniyetmə mağazadan pul oğurlayıb like
  • 04 Dek 12:11  
Sosial Yeniyetmə mağazadan pul oğurlayıb

Bakıda mağazadan pul oğurlanıb.

arrow Ətraflı
Həsən Ruhani: “ABŞ rəsmiləri danışıqlar üçün ismarıc göndərib” like
  • 04 Dek 12:10  
Dünya Həsən Ruhani: “ABŞ rəsmiləri danışıqlar üçün ismarıc göndərib”

“ABŞ rəsmiləri danışıqlar üçün ismarıc göndərib”.

arrow Ətraflı
Azərbaycan-İran sərhədində silahlı insident olub (FOTO) like
  • 04 Dek 12:06  
Digərləri Azərbaycan-İran sərhədində silahlı insident olub (FOTO)

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələr

arrow Ətraflı
Türkiyədə dəniz reysləri ləğv edildi - SƏBƏB? like
  • 04 Dek 11:59  
Digərləri Türkiyədə dəniz reysləri ləğv edildi - SƏBƏB?

Mərmərə dənizində, İstanbul akvatoriyasında, eləcə də Bursada dəniz r

arrow Ətraflı
Azərbaycan-İran sərhədində silahlı insident baş verib like
  • 04 Dek 11:58  
Sosial Azərbaycan-İran sərhədində silahlı insident baş verib

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən narkotik vasitələr

arrow Ətraflı