Azərbaycan İƏT-də innovativ layihə işə salır


Digərləri 04 Dek 2019 11:54:00 158 0

Azərbaycan İƏT-də innovativ layihə işə salır

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) üzv ölkələrinin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüb

Bakı. Eldar Canaşvili - Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüb. Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov İƏT kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasında deyib. Onun sözlərinə görə, bu mərkəz mövcud sistemin daha səmərəli inteqrasiyasına kömək edəcək və regional səviyyədə dayanıqlı inkişafa xidmət edəcək. Nazir bildirib ki, kənd təsərrüfatı sahəsində regional əməkdaşlıq təşkilatı 400 milyondan çox sakinin ərzaq təhlükəsizliyini təmin edib və bu səylərin davam etməsi üçün daha sıx regional əməkdaşlıq qurulub.