Bakıda avtomobil qaçıran 4 nəfər saxlanılıb


Sosial 04 Dek 2019 12:16:01 132 0

Bakıda avtomobil qaçıran 4 nəfər saxlanılıb

Bakıda avtomobil qaçıran 4 nəfər saxlanılıb.

Bakıda avtomobil qaçıran 4 nəfər saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki,DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Bakı şəhər sakini Z.Qasımov noyabrın 29-da Nəsimi rayonunun Moskva prospektindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsivə Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsiəməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N.İsmayılov, Abşeron rayon sakinləri T.Əmiraslanov, S.Nəzərov və A.Alxanov saxlanılıblar.

Avtomobil T.Əmiraslanovun Hökməli qəsəbəsindəki evinin həyətində aşkar edilib.