Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb


Digərləri 04 Dek 2019 12:23:00 111 0

Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

Azərbaycana bu ilin yanvar-noyabr aylarında gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycana bu ilin yanvar-noyabr aylarında gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb. Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib. Onun sözlərinə görə, yanvar-noyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı 2 milyon 900 mini keçib: "Bu, ötən illə müqayisədə 11,1 faiz artım deməkdir. İlk beşlikdə ənənəvi olaraq, Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Demək olar ki, bütün bazarlarda artım davam edir. Avropa, Mərkəzi-Cənubi Asiya istiqamətindən, Yaxın Şərq ölkələrindən gələn xarici vətəndaşların sayında azalma var. Amma ümumi mənzərədən müsbət tendensiya davam edir".