Azərbaycan nefti bahalaşdı


Digərləri 03 Dek 2019 23:41:00 115 0

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 2-də 66,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,48 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,52 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 59,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,83 dollar/barel çoxdur.