Deutsche Telekom Orange ilə birləşməyə maraq göstərir


Digərləri 03 Dek 2019 23:40:00 123 0

Deutsche Telekom Orange ilə birləşməyə maraq göstərir

Deutsche Telekom-un kapitallaşdırılması təxminən 72 milyard avroya, Orange isə 40 milyard avroya bərabərdir

Almaniyanın biznes qəzeti Handelsblatt Deutsche Telekom-un fransız operatoru Orange ilə birləşmə imkanını nəzərdən keçirdiyini bildirib.

Qəzetin yazdığına görə, alman telekommunikasiya nəhəngi bu birliyi inkişaf strategiyasının bir hissəsi kimi qiymətləndirir və bu şirkətlərin son səkkiz il ərzində satınalmalarda əməkdaşlıq etdiyini əlavə edir.

Son.az ted.az-a istinadən bildirir ki, birlik şirkətlərə 5G şəbəkələri üçün lazım olan infrastrukturun genişləndirilməsi ilə bağlı yüksək xərcləri bölüşdürməyə kömək edəcək.