Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək


Digərləri 03 Dek 2019 21:59:00 107 0

Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək

Konsertdə gənc skripka ifaçısı, Prezident təqaüdçüsü Cəmilə Qarayusifli çıxış edəcək.

Bakı. Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilati dəstəyi ilə 6 dekabr 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Əməkdar incəsənət xadimi, tanınmış dirijor Elşad Bağırovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçiriləcək. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, konsertdə gənc skripka ifaçısı, Prezident təqaüdçüsü Cəmilə Qarayusifli çıxış edəcək.