Dünyanın ən məşhur


Digərləri 03 Dek 2019 22:35:00 101 0

Dünyanın ən məşhur

Sous istənilən əsas yemək və ya qarnir üçün nəzərdə tutulan duru ədviyyatdır. Əvvəllər souslar qidaya duzlu ədviyyat kimi qatılırdı. Məsələm Yaponiyada soy sousunu duz əvəzinə istifadə edirlər. Sousları təkcə hazır yeməklərdə deyil, ərzaqların bişirlməsi zamanıda istifadə etmək olar.

Son.az medicina.az-a istinadən bildirir ki, bir çox ərzaqları sousda qızardırlar, sous altında bişirirlər. Adətən sousların tərkibinə tərəvəzlər, bulyonlar, ədviyyatlar olur.

Souslar dadına, rənginə və hazırlanma qaydasına görə fərqlənirlər. Onlar əsasən tərkibində olan əsas komponentə görə adlanırlar (soğanlı, şokoladlı, xardallı, portağallı və s.) Hər bir ölkənin özünə məxsus sousu var. Məsələn gürcü tkemalisi, yunan dzazikisi, həmçinin bütün dünyada tanınan xardal və mayonez və s.

Həmin souslardan ən məşhuru və onların yaranması ilə bağlı maraqlı faktları təqdim edirik:

Ketçup Təəcüblü olsa da, ketçupun vətəni Çin hesab olunur. Məhz buradan sous İngiltərəyə gətirilib. İlk əvvəl ketçupun tərkibi ançouslar, göbələk, lobya və qozdan ibarət olub. Yalnız iki əsir sonra naməlu aşbaz sousa pomidor əlavə edərək onu müasir ketçupa yaxın edir. Zamanla pomidorlar ketçupun digər inqrediyentləri sıxışdırıb. Müasir ketçupun tərkibi isə alman emiqrant Henri Haynsa məxsusdur. O sousa kraxmal və ədviyyatlar əlavə edib.

Mayonez Demək olar ki, dünyada ən məşhur souslardan biridir. Onun adını Mayon şəhəri ilə əlaqəndirirlər.Rəvayətə görə, şəhərin mühasirəyə alındığı vaxt ərzaqlar tükənib və yeməyin dadını fərqli etmək üçün hersoq Rişelye nə isə yeni bir şey hazırlamaq qərarına gəlib. O yumurta sarılarını şəkər tozu, duz və limon şirəsi ilə qarışdırıb ora zeytun yağı əlavə edir. Beləcə şəhərin şərəfinə adlanan orijinal dada malik sous əldə edib.

Tabasko Tabaskonun vətəni Amerika, Eyveri Aylend adalardır. Sous üçün yerli mədənlərdən çıxarılan duzdan və acı qırmızı tabasko bibərindən istifadə olunur. Hindu dilindən tərcümədə "Tabasko" "nəm torpaq ölkəsi" deməkdir. Əsil tabasko üçün duz bu gün də Eyveri Aylend mədənlərindən götürülür. Bibərlər xüsusi istixanalarda becərdilir, məhsul əllə yığılır. Bibər və duzu qarışdırırlar və 3 il ərzində ağ palıddan olan çəlləklərdə saxlayırlar. Daha sonra sous bibər tumlarından və qabıqdan təmizlənir və bir ay ərzində ağ sirkə ilə qarışdırılır. Nəticədə acı bibərli sous alınır. "Tabasko" təkcə Amerikada deyil, həmçinin İngiltərədə də populyardır. Hətta kraliça Yelizaveta bu sousu çox sevir. Tabasko həmçinin "Qanlı Meri" kokteylinin əsas inqrediyentlərindəndir.

Tkemali Balıq, ət və quş yeməkləri ilə istifadə olunan ən məşhur sousdur.Bu həmçinin kartof və makaron məmulatları ilə də yaxşı uyğunlaşır. Tkemali gürcüstanın rəmzləırindən biri olan gəvalıdan hazırlanır. Gəvalıdan başqa tkemalinin tərkibinə sarımsaq və müxtəlif göyərtilər daxildir. Sous çox sadə hazırlanır.Gəvalının tkemali növü tumsuz və qabıqsız bişirilir, qaydadığı suda əzilir və qarışdırılı. Əzilmiş sarımsaq, göyərti, düz, istiot əlavə olunur və qaynadılır. Soyuyandan sonra sous hazır hesab edilir.