Baş ağrısına səbəb olan 10 QİDA –


Digərləri 03 Dek 2019 22:25:00 138 0

Baş ağrısına səbəb olan 10 QİDA –

Baş ağrısı stress, yorğunluq, xəstəliklər, hava, aclıq səbəbindən yarana bilər. Eləcə də qidalar, yemək də baş ağrısı triqqeri, yəni tətikləyici səbəblər siyahısına daxildir.

Tədqiqat fondunun miqren, baş ağrısında qida triqqerlərinin rolu barəsində araşdırmasında bildirilir ki, dünya əhalisinin 10%-i qida triqerlərinə qarşı həssasdır. Lakin miqrenə konkret olaraq hansı qidanın səbəb olmasını tapmaq çox çətindir. Hər insana müxtəlif qidalar təsir edir.

Son.az medicina.az-a istinadən miqren və baş ağrısı yaratması daha çox güman edilən qidaları təqdim edir:

1. Kofein tərkibli içkilər - çay, kofe, kapucino, kola

Mütəmadi miqren və baş ağrıları olan insanların tədricən kofein tərkibli içkiləri azaltması göstərdi ki, 92% hallarda baş ağrısı itib. Əgər uşaqlarda baş ağrıları çox olursa, deməli onlar kofein çox qəbul edir.

2. Bəzi pendir növləri - feta, mosarella, parmezan, bri, mavi pendir, kifli pendir və s. Pendirdə olan tiramin baş ağrısı yaradır.

3. Alkoqol - qırmızı şərab, pivə, şampan, viski, çaxır 25% insanda miqren yaradır

4. Şokolad - onda olan beta-feniletmilamin beyin qan damarlarını genişləndirir

5. Qidalara qatılan süni şəkərləndiricilər - Tərkibində aspartam olduğu üçün baş ağrısı verir