İdlib bazarlarına havadan hücumlar nəticəsində 20 nəfər ölüb


Dünya 03 Dek 2019 22:11:00 121 0

İdlib bazarlarına havadan hücumlar nəticəsində 20 nəfər ölüb

Suriya Mülki Müdafiə Qüvvələrinin bildirdiyinə görə, Suriya hökumətinin bazar ertəsi İdlib bölgəsindəki iki açıq bazara etdiyi hava hücumları zamanı azı 20 nəfər ölüb, onlarla insan yaralanıb.

İdlib də daxil olmaqla, Suriyanın şimal-qərb bölgəsi səkkiz ildən çoxdur davam edən müharibənin ən böyük səhnəsi olub.

Suriyanın üsyançı bölgələrində fəaliyyət göstərən mülki müdafiə və xilasetmə qrupları hava zərbələrinin İdlibin cənubundakı Maarət əl-Nümana və şərqdəki Saraqib bazarlara edildiyini bildirib.

Qrupun Twitter-də yaydığı foto və videolarda dağılan piştaxtalar və yanmış avtomobillər arasında insanları görmək olub.