Süni zəkaya qalib gəlmək qeyri mümkündür


Digərləri 03 Dek 2019 22:20:00 108 0

Süni zəkaya qalib gəlmək qeyri mümkündür

Robotların və alqoritmlərin insanların işlərini əllərindən alacaqları barəsində düşünəndə çətin ki, ağıla 2500 illik tarixçəsi olan ən qəliz oyunda məşhur qrossmeyster gəlsin. Lakin məhz bu cür vəziyyəti hal hazırda Cənubi Koreyadan olan Lee Sedol yaşayır. O, məşhur go oynu üzrə dünyanın ən güclü oyunçusu hesab edilir. Lakin 2016-cı ildə Lee Sedol, AlphaGo alqoritmi ilə go oyununda qarşı qarşıya gələrək 5 oyun partiyasından yalnız 1-ni udmuşdu.

Son.az technote.az-a istinadən bildirir ki, görünür, 36 yaşlı 19 qat dünya çempionu həyatının yeni mənasını tapmalıdır.

"Go oyununda süni zəkanın ortaya çıxmasından sonra mən anladım ki, əgər yüksək səylər sayəsində hətta reytinqdə birinci yeri yenidən qazansam da mən ən yaxşısı olmayacam. Hətta dünyanın nömrə 1-i olmağımla mən anlayıram ki, mənim qalib gələ bilməyəcəyim bir şey var" - deyə Lee Sedol öz müsahibəsində bildirib. Hətta udulmuş 1 oyun partiyası sayəsində də Lee Sedol, AlphaGo-ya qalib gəlmiş yeganə insan sayılır. Onun süni zəka ilə oyunu bir vaxtlar məşhur şahmat ustası Garry Kasparov ilə DeepBlue arasında olmuş oyun ilə müqayisə edirdilər.