Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən yaxşı


Digərləri 03 Dek 2019 22:05:00 132 0

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən yaxşı

Yüksək təzyiq insan sağlamlığına çox mənfi təsir edir, həyatını qısaldır. Bu səbəbdən hipertoniyadan əziyyət çəkənlər üçün təzyiqi normada saxlamaq çox vacibdir. Bu işdə xüsusi dərman preparatları, pəhriz və fiziki aktivlik əsas rol oynayır.

Elmi araşdırmalar göstərir ki, bəzi qida məhsulları təzyiqi aşağı salmağa yardım edə bilir.

Son.az saglamolun.az-a istinadən bu məhsulları təqdim edir: Püstə "Hipertoniya" jurnalında dərc olunmuş elmi araşdırmanın nəticələrinə görə, hər gün 1 ovuc püstə yemək arterial təzyiqi salmağa kömək edir.

Kətan toxumu Qidalı liflərlə zəngin olan kətan toxumu təzyiqi salır. Mütəxəssislər kətan toxumunu hər gün salatlara, sıyıqlara əlavə etməyi tövsiyə edirlər.

Nar şirəsi Bu ən güclü təzyiqi salan təbii vasitədir.

Sarımsaq Sarımsağın tərkibində olan "allisin" adlı maddə təzyiqi salmağa yardım edir. Mütəxəssislər sarımsağı çiy halda yeməyi tövsiyə edirlər. Yedikdən əvvəl sarımsağı xırda doğrayın və ya sarımsağ əzənlə sıxın. Bu zaman sarımsaqda olan faydalı maddələrin miqdarı artır.