Mark Esper: ABŞın Əfqanıstanda qoşunlarının sayını azaltmasının Talibanla əlaqəsi yoxdur


Dünya 03 Dek 2019 22:07:00 108 0

Mark Esper: ABŞın Əfqanıstanda qoşunlarının sayını azaltmasının Talibanla əlaqəsi yoxdur

ABŞ-ın müdafiə naziri Mark Esper bazar ertəsi bildirib ki, bundan sonra qoşunların Əfqanıstandan geri çəkilməsinin Taliban qiyamçıları ilə əlaqəsi olmayacaq.

Esperin Reuters-ə müsahibəsində etdiyi bu şərhlər Prezident Donald Trampın ötən həftə Əfqanıstana səfərindən bir neçə gün sonraya təsadüf edib. Orada o, qoşunların sayının mümkün azaldılmasından bəhs edib və deyib ki, Taliban qiyamçılarının atəşkəs razılığı imzalayacaqlarına inanır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, əgər tərəflərin hər biri atəşkəsə əməl etsə, nəticədə zorakılıqlar əhəmiyyətli dərəcədə azala bilər. Lakin ABŞ ordusunun komandirləri yenə də diqqətlərini Əfqanıstandakı digər iki militant qrup, İslam Dövləti və Əl-Qaidənin yaratdığı təhlükələrə yöndəldəcək.

Esper deyib ki, Tramp administrasiyası bir neçə müddətdir həm ölkə daxilində həm də ABŞ müttəfiqləri ilə qoşunların sayının azaldılmasını müzakirə edir.

"Mən əminəm ki, biz Əfqanıstanda qoşunların sayını azalda, eyni zamanda isə ərazinin Birləşmiş Ştatlara hücum etmək istəyən terrorçular üçün təhlükəsizlik cənnətinə çevrilməyəcəyini təmin edə bilərik. Müttəfiqlərimiz də bizimlə razılaşır", Esper deyib.

O əlavə məlumat paylaşmayıb.