Karri Lam Trampın imzaladığı qanun layihəsini "müdaxilə" adlandırıb


Dünya 03 Dek 2019 22:08:00 134 0

Karri Lam Trampın imzaladığı qanun layihəsini "müdaxilə" adlandırıb

Honq Konqun icra başçısı Karri Lam çərşənbə axşamı Birləşmiş Ştatlar prezidenti Donald Trampın Honq Konqda insan haqlarının dəstəklənməsinə dair imzaladığı qanun layihəsini tənqid edərək, bunu "müdaxilə" və "təəssüfedici" adlandırıb.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, Lam jurnalistlərə Honq Konq sakinlərinin "bir çox sahələrdə yüksək dərəcədə azadlıqlara" malik olduğunu deyib.

Trampın qanun layihələrini imzalamasına qəzəbli reaksiya göstərən Çin Birləşmiş Ştatların ölkədəki səfirinə etiraz bildirərək, belə bir addımın Vaşinqtonla əməkdaşlığı pozaca biləcəyi barədə xəbərdarlıq edib.

Şəhərin mərkəzi meydanına toplaşan minlərlə etirazçı Honq Konqda insan haqlarını pozan Çin və Honq Konq rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul etdiyinə görə Birləşmiş Ştatlara təşəkkür edib.