Microsoft Windows 10un bütün aktual versiyalarında olan problemi tanıyıb


Digərləri 03 Dek 2019 21:50:00 135 0

Microsoft Windows 10un bütün aktual versiyalarında olan problemi tanıyıb

Microsoft Windows 10  əməliyyat sistemində olan  problemlərdən birini tanıyıb. Dəstək səhifəsində bu problemin ƏS-nin demək olar ki, bütün versiyalarını əhatə etdiyi bildirilir.

Bu, xüsusilə 1909, 1903, 1809, 1803 və 1709 ƏS versiyalarında "sürətli başlanğıc" Windows 10-u aktivləşdirən istifadəçilərdə özünü güclü şəkildə göstərir. Söhbət xarici cihazların (klaviatur, siçan və bu kimi periferiyaları) Thunderbolt dok vasitəsilə birləşməsi zamanı yaranan problemdən gedir.

Son.az ted.az-a istinadən bildirir ki, şirkətdən verilən məlumata görə, problem yalnız 5% hallarda özünü göstərir. Cihaz birdən-birə işləməyi dayandırır. Belə bir vəziyyətdə Microsoft kompüterinizi yenidən söndürüb yandırmağı tövsiyə edir.