2019un ən yaxşı kameralı telefonları


Digərləri 03 Dek 2019 21:10:00 160 0

2019un ən yaxşı kameralı telefonları

DxOMark qurumu mobil telefonlar bazarda satışa çıxdıqdan sonra onların kamera testlərini edərək məhşurlaşan bir şirkətdir. Kiminə görə ən doğru kamera testlərini edərkən, kiminə görə isə bəzi markalar ilə sponsorluq müqavilələri imzalayaraq testlərdə aldadıcı məlumatlar verirlər. Əlbəttə bunlar sadəcə isbatlanmamış fikirlərdir. Bu səfər DxOMark saytı 2019-ci ilin ən yaxşı kameralarına malik cihazları açıqladı. Siyahıda ümumilikdə Huawei Mate 30 Pro və Xiaomi Mi CC9 Pro Premium Edition fərqlənərək liderliyi qoruyur.

Ən yaxşı kameraya malik telefonlar: Huawei Mate 30 Pro ve Xiaomi Mi CC9 Pro Premium Edition DxOMark xalı: 121 

Bu iki cihaz ən yaxşı kameraya malik olan cihazlar olaraq 1-ci sıranı paylaşırlar. Lakin ikisi arasında seçim etməli olsanız, kameralarını daha ətraflı analiz etməli olacaqsınız. Çünki hər nə qədər 1-ci sıranı paylaşsalar da bir-birindən üstün cəhətləri var.

Ən yaxşı video çəkən telefonlar: Apple iPhone 11 Pro Max ve Xiaomi Mi CC9 Pro Premium Edition DxOMark xalı:102

Hal-hazırda iPhone 11 Pro Max və CC9 Pro P.E cihazları mobil telefonlar arasında ən yaxşı video çəkilişi edən cihazlardır. Əgər peşakar kameralar almağa büdcəniz yetmirsə bu cihazları alaraq yüksək keyfiyyətli çəkilişlər edə bilərsiniz. (4K 60 FPS)

Ən yaxşı yaxınlaşdıran (zoom) telefon: Xiaomi Mi CC9 Pro Premium Edition     DxOMark xalı: 109

Huawei P30 Pro-dan 14 xal daha yüksək toplayan Mi CC9 Pro P.E modeli 108 MP-lik kamerası hesabına daha detallı və dəqiq şəkillər çəkdiyi üçün şəkili yaxınlaşdıran zaman daha az bulanıqlığ olur. Həqiqətən möhtəşəm nəticədir.


Xəbərə aid video