Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib (FOTO)


Digərləri 03 Dek 2019 19:27:26 161 0

Beynəlxalq Əlillər Gününə həsr olunan “Fərqliyik, bərabərik” uşaq festivalı keçirilib (FOTO)

Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü münasibətilə “Fərqliyik, bərabərik” uşaq festivalı təşkil olunub.

Bakı. Dekabrın 3-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Əlillər Günü münasibətilə “Fərqliyik, bərabərik” uşaq festivalı təşkil olunub. Trend-in məlumatına görə, tədbir Heydər Əliyev Fondu, “Regional İnkişaf” İctimai Birliyi, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, BMT-nin Uşaq Fondu və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə keçirilib. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına, əlilliyi olan və olmayan uşaqların birgə fəaliyyətlərinin təbliğinə yönələn festival, eyni zamanda, onların istedad və qabiliyyətlərini üzə çıxarmaq, inklüziv cəmiyyətin yaradılmasında inklüziv təhsilin vacibliyini vurğulamaq məqsədi daşıyır. Tədbirdə əvvəlcə “Regional İnkişaf” İctimai Birliyi və BMT-nin Uşaq Fondunun əlilliyi olan gənclərin həyat hekayələrindən və inklüziv təhsilin əhəmiyyətindən bəhs edən videoçarxı nümayiş etdirilib. İştirakçılar, həmçinin ƏSA teatrının hazırladığı “Bərabərik!” inklüziv səhnəciyi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin və “Danceability Azerbaijan” İnklüziv Rəqs Şirkətinin üzvlərinin müxtəlif rəqs nömrələrini izləyiblər. Bununla yanaşı, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin eşitmə və danışma əlilliyi olan uşaqlardan ibarət “Uşaq teatrı” və “Vokal” dərnəyinin üzvləri “Dostluq” mahnısını təqdim ediblər.