Bir kilo ət və qarpıza görə ərinin qohumu ilə qaçdı


Digərləri 03 Dek 2019 19:15:00 121 0

Bir kilo ət və qarpıza görə ərinin qohumu ilə qaçdı

Türkiyənin ATV kanalında yayımlanan "Esra Erolda" proqramında maraqlı anlar yaşanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Mehmet Tunçbilek adlı şəxs evdən qaçan 15 illik həyat yoldaşı, iki uşaq anası Makbule Tunçbileyi boşamaq üçün verilişə müraciət edib.

M.Tunçbilek isə proqrama gələrək qaçmağına ərinin ona və uşaqlara baxmamasını səbəb göstərib. Daha sonra onun işlətdiyi ifadələr hər kəsi özündən çıxarıb:

"İki övladımı görməsəm də olar, sevgilim Bayramın iki uşağı var. Mən onların anasıyam. Onları çox sevirəm. Öz uşaqlarımı görmək istəmirəm. Ərim mənə 13 il öncə qarpız alsaydı, evdən qaçmazdım. Bayrama kabab bişirəndə aşiq olmuşam".