Bakıda ilk dəfə məşhurların paradı ilə “Qış nağılı”


Şou-biznes 03 Dek 2019 18:56:00 169 0

Bakıda ilk dəfə məşhurların paradı ilə “Qış nağılı”

Qışın ilk günü - 1 dekabr 17:00-da Heydər Əliyev Sarayında Yeni il filmi - "Qış nağılı"nın qala gecəsi keçirilib.

Son.az xəbər verir ki, çox sayda məşhur sima, musiqili Santa Klauslar və Yeni il yolkası, rəqqaslar və aktyorların paradı, sirk ustaları və işıq şousu, qırmızı xalça - Bakıda hələ belə qala gecə olmamışdı.

Seans öncəsi, sonrası, filmə baxış anları əsl bayram axşamını xatırladırdı. İzləyicilər filmin abu-havasından özlərini həqiqətən də nağıldakı kimi hiss etdiklərini gizlətmirdilər, filmin komik səhnələrində həvəslə gülüb sonda yaradıcı heyəti durmadan alqışlayırdılar. Qala gecəsi boyu ulduzlarla selfilər və şəkillər çəkdirirdilər.  Bir sözlə əsl "Qış nağılı" yaşanırdı.

Filmin baş prodüseri, ideya müəllifi və rejissoru Cəfər Axundzadədir.

Ekran işinin ssenarisi Vüqar Hüseynov, Talıb Əhmədov və Cəfər Axundzadə tərəfindən yazılıb. Filmin ikinci rejissoru Vüsal Hacıqədir, Vüsal Əhmədzadə, quruluşçu operatoru Rauf Qurbanəliyev və Orxan Məmmədovdur. İcraçı prodüserlər Emil Davudzadə, İsmayıl Bağırov və Əlisəttar Quliyevdir.

Qeyd edək ki, "Cinemazadeh" studiyasının ərsəyə gətirdiyi 2019-cu ilin ən böyük layihəsi "Qış nağılı" iki hissədən ibarətdir - "Qış nağılı: Biri vardı, biri yox" və "Qış nağılı: Göydən üç alma düşdü".  Ekran işi Yeni il gecəsi eyni oteldə baş verən bir neçə hekayədən bəhs edir.