BirKart-la taksit edən hər müştəri hədiyyə qazanacaq


Digərləri 03 Dek 2019 18:40:00 239 0

BirKart-la taksit edən hər müştəri hədiyyə qazanacaq

Kapital Bank Yeni il münasibətilə BirKart taksit kartının sahibləri üçün yeni kampaniya keçirir.

Bakı. Kapital Bank Yeni il münasibətilə BirKart taksit kartının sahibləri üçün yeni kampaniya keçirir. Şərtlərə görə taksitlə minimum 50 AZN məbləğində alış-veriş edən hər müştərilər müxtəlif hədiyyələr qazanacaqlar. Alış-veriş edən müştəri qazandığı hədiyyə barədə dərhal telefonuna bildiriş alacaq. Aksiya 5 yanvar 2020-ci il tarixinədək davam edəcək. Hədiyyələr arasında McDonald’s və KFC-dən pulsuz menyular, CinemaPlus və Park Cinemadan pulsuz kino bileti, Azercell və Bakcell-dən pulsuz danışıq dəqiqələri və meqabaytlar, Azpetrol-dan pulsuz yanacaq kuponu, 189 Taksi Xidmətindən pulsuz gediş haqqı, həmçinin Kapital Bank-dan pulsuz Visa Electron kartı vardır. Hər 100-cü əməliyyat edən müştərilər isə avtomatik olaraq 100 AZN qazanacaqlar. Kampaniya barədə ətraflı olaraq saytdan məlumat almaq olar – www.kbl.az/ny. Qeyd edək ki, BirKart-ın 3 növü var – taksit, taksit/cashback və taksit/miles. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur.