Baş Nazirin Katibliyinin yeni rəisi kimdir?


Digərləri 03 Dek 2019 18:21:58 166 0

Baş Nazirin Katibliyinin yeni rəisi kimdir?

Bu gün, 2019-cu ilin dekabrın 03-də, Baş nazir Əli Əsədovun Sərəncamı ilə Ələsgər Ələsgərov Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Son.az bildirir ki, Ə.Ələsgərov 2019-cu ilin oktyabrın 22-dən Baş nazirin köməkçisi vəzifəsində çalışırdı.

O, 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq, 2016-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Yanında  Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasları üzrə təhsil alıb.