Nazir: “Azərbaycanla Türkiyə arasında elektron imzaların tanınması ilə bağlı hazırlıq işləri tamamlanıb”


İqtisadiyyat 03 Dek 2019 18:11:45 136 0

Nazir: “Azərbaycanla Türkiyə arasında elektron imzaların tanınması ilə bağlı hazırlıq işləri tamamlanıb”

“Azərbaycanla Türkiyə arasında elektron imzaların tanınması ilə bağlı lazım olan hazırlıq işləri tamamlanıb”.

“Azərbaycanla Türkiyə arasında elektron imzaların tanınması ilə bağlılazım olan hazırlıq işləritamamlanıb”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisində iştirak edən Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Türkiyəli nazirin sözlərinə görə, bundan sonra hər iki ölkə arasında əməliyyatlar daha sürətli şəkildə həyata keçiriləcək.

Qeyd edəkki, “Bakutel 2019” sərgisi dekabrın 6-dək davam edəcək.

Xatırladaq ki, 2011-ci ilin sentyabrından etibarən Sertifikat Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb.Rəsmi olaraq fəaliyyətə başlayan Mərkəz əhalinin müxtəlif təbəqələrinə, yəni adi vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir. Hazırda dövlət qurumları, hüquqi şəxslər, sahibkarlar və vətəndaşlar olmaqla 4 kateqoriya insanlara 3 illik elektron imza sertifikatları verilir. Bu ilin əvvəlinə olan məlumata görə, ümumilikdə,40 mindən artıq şəxsə elektron imza sertifikatı verilib.

Türkiyə və Belarus Azərbaycanla qarşılıqlı şəkildə elektron imzaların tanınması üçün anlaşma memorandumu imzalayıb. Hökumət gələcəkdə bütün MDB və digər ölkələrdə də Azərbaycanın elektron imzasının tanınması üçün işləri davam etdirir.