Xaçmazda "Cinli Əhməd" 3 uşaq atasını ürəyindən bıçaqlayıb


Kriminal 03 Dek 2019 17:23:00 144 0

Xaçmazda "Cinli Əhməd" 3 uşaq atasını ürəyindən bıçaqlayıb

Xaçmaz rayonunda 26 yaşlı gənci qətlə yetirməkdə təqsirli bilinən Əhməd Seyid oğlu Yaqubovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası dekabr ayının 6-na təyin olunub.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib. Xaçmaz rayonu, İzmailovka qəsəbəsində "Cinli Əhməd" kimi tanınan Ə.Yaqubov 3 uşaq atası Etibar Cavadovu bıçaqlayıb.