Gürcüstandan qanunsuz yolla gətirilən avtomobil təkərləri aşkarlanıb (FOTO)


Digərləri 03 Dek 2019 17:30:00 139 0

Gürcüstandan qanunsuz yolla gətirilən avtomobil təkərləri aşkarlanıb (FOTO)

Gürcüstandan qanunsuz yolla gətirilən avtomobil təkərləri aşkarlanıb

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatının araşdırılması zamanı məlum olub ki, son vaxtlar ayrı-ayrı şəxslər tərəfindən Gürcüstandan "şəxsi istehlak" adı altında avtomobil ehtiyat hissələrinin kommersiya məqsədi ilə gətirilməsi həyata keçirilir. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, qeyd olunan hüquq pozuntularının qarşısının alınması məqsədi ilə müvafiq əməliyyat qrupu yaradılıb. Keçirilən tədbir nəticəsində Qazax-Bakı avtomagistralı ilə hərəkət edən "Mercedes-Benz 1217" markalı avtomobil Ağstafa rayonunun Qırlı kəndinin ərazisində saxlanılıb və gömrük baxışı keçirilməsi üçün Tovuz gömrük postunun inzibati binasının həyətinə aparılıb. Baxış zamanı Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin yük yerində 700 ədəd işlənmiş təkər aşkarlanıb.