Bakıda qadına qarşı quldurluq edən şəxslər saxlanıldı


Kriminal 03 Dek 2019 17:09:00 177 0

Bakıda qadına qarşı quldurluq edən şəxslər saxlanıldı

Bakıda qadına qarşı quldurluq edilib

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da G.Hüseynovaya zor tətbiq edərək içərisində 437 manat və qızıl qolbaq olan pulqabısını almaqda şübhəli bilinən Yevlax rayon sakinləri M.Bəkirova və qardaşı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.