Astronomiya tarixində İKİNCİ HADİSƏ - Sürətli radioparıltı qeydə alınıb


Digərləri 03 Dek 2019 17:06:00 125 0

Astronomiya tarixində İKİNCİ HADİSƏ - Sürətli radioparıltı qeydə alınıb

Astronomlar Kainatın ən sirli hadisələrindən birini başa düşməyə başlayıblar.

Bakı. Astronomlar Kainatın ən sirli hadisələrindən birini başa düşməyə başlayıblar. Trend-in məlumatına görə, Kosmosun müşahidəsinin tarixində ikinci dəfədir ki, tədqiqatçılar sürətli radioparıltının – bir millisaniyə ərzində Günəşin 100 il müddətində ayırdığı qədər enerji şüalandıran ifratqısa partlayışın yerini təyin edə biliblər. Daha əvvəl qeydə alınmış FRB 121102 adlandırılan radioparıltı təkrarlanan radioparıltıların nadir növünə aiddir. Yeni kəşf olunan radioparıltı isə aid olduğu sinifin böyük əksəriyyəti kimi təkdir. Avstraliyada Elmi və Tətbiqi Araşdırmalar Milli Assosasiyasından yeni tədqiqatın əsas müəllifi olan Kit Bannister (Keith Bannister) “Bu sürətli radioparıltıların öyrənilməsində böyük addımdır” deyib. Bannister və onun qrupu bu sürətli radioparıltını Qərbi Avstraliyanın “Merçison” rəsədxanasında yerləşən 36 radioantena şəbəkəsində, Australian Square Kilometre Array Pathfinder (ASKAP) radiorəsədxanasının köməyi ilə aşkarlayıblar. Bu parıltıya FRB 180924 adı verilib. Komanda FRB 180924 radioparıltısını lokallaşdırmaq üçün ASKAP radioşəbəkəsində müxtəlif antenlərin qəbul etdiyi siqnalların qəbulu arasında olan çox kiçik zaman intervalını ölçə bilən metod tətbiq edib. Fərqi müqayisə etməklə səmada siqnal mənbəyini 0,00002 dərəcə dəqiqliklə lokallaşdırmaq mümkün olub.