Əri ilə bal ayına çıxandan sonra İŞİDçi oldu


Dünya 03 Dek 2019 16:52:00 131 0

Əri ilə bal ayına çıxandan sonra İŞİDçi oldu

İŞİD terror təşkilatına qoşulan irlandiyalı qadın Türkiyə hərbçiləri tərəfindən ələ keçirilərək ölkəsinə ekstradisiya olunub. 38 yaşlı Lisa Smit suriyalı qaçqınların yaşadığı kampların birində tapılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, İrlandiyanın sabiq prezidenti Mary Robinson və Baş nazir Bertie Ahernin mühafizə qrupunda xidmət edən L.Smit İŞİD-ə qoşulmamışdan əvvəl imkanlı təbəqəyə mənsub olub. 

2012-ci ildə ordudan istefa verən qadın iraqlı həyat yoldaşı ilə Türkiyəyə bal ayına yollanıb. Lakin qısa müddətdən sonra həyat yoldaşından ayrılıb. 

2013-cü ildə L.Smit ilk dəfə Suriyaya yollanıb. Burada qadın növbəti evlilik həyatına başlayıb, Tunisdən olan terrorçu ilə izdivaca girib. 2014-cü ildə doğulduğu ölkəyə geri dönən L.Smit gizli yolla həmfikirlərini Suriyada gedən hərbi əməliyyatlara cəlb edib.