Tərtərdə kişini keçmiş arvadı ölümlə hədələndi, yeni doğulan uşağı isə müəmmalı öldü


Digərləri 03 Dek 2019 16:56:00 130 0

Tərtərdə kişini keçmiş arvadı ölümlə hədələndi, yeni doğulan uşağı isə müəmmalı öldü

Tərtər rayonunda kişi keçmiş arvadı tərəfindən ölümlə hədələnib.

Bakı. Samir Əli - Tərtər rayonunda kişi keçmiş arvadı tərəfindən ölümlə hədələnib. Trend-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə Tərtər rayonu, Babək küçəsi ev 35-də yaşayan, 1991-ci il təvəllüdlü Həşimov Elşən İman oğlu məlumat verib. O bildirib ki, keçmiş həyat yoldaşı Mehdiyeva Səbinə Oqtay qızı və ailə üzvləri ona zəng edərək öldürəcəkləri ilə hədələyirlər. S.Mehdiyeva həmçinin E.Həşimovun yeni doğulmuş uşağını ona göstərməyəcəyini bildirib. Sonradan məlum olub ki, E.Həşimovun yeni doğulmuş uşağı dekabrın 2-də Tərtər rayon Xəstəxanasında ölüb.